Balıqlar su altında necə nəfəs alırlar?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bəlkə də ağız və diş sağlamlığı problemlərinizin səbəbi burnunuz yerinə ağızınızdan daha çox nəfəs almanızdır. Nəfəs alarkən daha çox burunla almaq lazımdır. Bu ağız və diş sağlamlığınız başda olmaqla səhhətinizdə müxtəlif problemlərlə müşahidə olunar.
Ortodont həkimlər mövzu ilə əlaqədar əhəmiyyətli nöqtələrdən danışıblar. Sağlam şəxslərdə tənəffüs burunda başlayır. Lakin nəfəs alıb-verməyə maneə törədən bir problem varsa tənəffüs qismən ya da tamamilə ağızdan edilir. Bu əslində meydana gələcək bir sıra kiçik problemlərdən xəbər verir.
Ağızdan alınan tənəffüsün səbəbləri bunlardır;
1) Badamcıq və ya genik ət böyüməsi 46%
2) Allergiya və alerqik burun tıxanıqlığı 17%
3) Burunun içindəki sümüklərin sağa ya da sola əyik olması 14%
4) Burunun içindəki boşluqların mukoza ilə örtülü olması
5) Burun dəliklərinin normadan kiçik olması
6) Yuxu əsnasında tənəffüsün dayanması və sıçrayaraq oyanma
Şübhəsiz ki, nəfəs alıb vermək sağlam insanlar üçün çox asan bir işdir. Çox vaxt «Necə nəfəs alıb verməliyik?» mövzusunda danışmırıq, çünki nəfəs alıb vermək hər zaman etdiyimiz bir fəaliyyətdir. Bizim həyatda qalmağımızı təmin edən ən əhəmiyyətli hadisə tənəffüsdür. Yatmadan, yemək yemədən, ya da su içmədən günlərlə yaşaya bilərik, amma nəfəs almadan bir neçə dəqiqə belə həyatda qala bilmərik. Buna görə də danışılması zəruri olan ən əhəmiyyətli mövzulardan biri doğru nəfəs alıb verməyi öyrənməkdir.
Doğru nəfəs alıb verməyin əhəmiyyətini daha yaxşı anlamaq üçün ilk əvvəl qeyri-kafi və nizamsız nəfəs alıb verməyin zərərlərinə bir nəzər salmaq lazımdır. Orqanlarımıza oksigen daşınmasına kömək edən ürəyimiz bu kimi bir vəziyyətdə çətinliyə düşən ilk orqanımız ola bilər; yəni, infarkt keçirmə ehtimalımız artacaq. Qan təzyiqinin yüksəlməsi, xərçəng, ani sancılar, sətəlcəm, astma, danışma problemləri, stresslə mübarizə nizamsız nəfəs alıb verməklə yaranan problemlərdir.
Digər tərəfdən, doğru və idarəli nəfəs alıb verməyimizin bir çox faydası vardır. Məsələn, ürəyin ritminin düzəlməsi ilə qan təzyiqinin düşməsi, qan dövranının sürətlənməsi, həzmin asanlaşması, stresslə daha asan mübarizə, anti-depressiya dərmanlarından asılılığı və yuxu pozğunluğunu məhv etmək bunlardan bir neçəsidir.
Bu faydaları düşünərkən gündəlik yaşamamızda «Necə doğru nəfəs alıb verməliyik?» sualını cavablandırmalıyıq. Dünya Sağlamlıq Təşkilatının standartlarına görə doğru nəfəs alma dedikdə aşağıdakılar nəzərdə tutulur: